mobil versiya

70 ukraynalı hərbçi “Patriot”la işləməyi öyrənmək üçün Almaniyadadır



Ukrayna hərbçiləri ABŞ-ın “Patriot” zenit-raket kompleksi ilə işləməyi öyrənmək üçün Almaniyada səfərdədir.

Bu barədə DPA agentliyi Berlindəki hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, 70 nəfərlik ukraynalı hərbçinin iştirak edəcəyi təlimlərə bu gün start verilib.
Almaniya hökuməti ABŞ-la razılaşaraq Rusiyanın pilotsuz təyyarələr və raket zərbələrindən qorunmaq üçün “Patriot”  kompleksini Ukraynaya təhvil verəcək. Kompleksə idarəetmə otağı, çoxfunksiyalı radar stansiyası, enerji təchizatı, rabitə avadanlığı və səkkiz yük maşınına quraşdırılmış işəsalma qurğusu daxildir.


KARUSEL / DÜNYA
Tarix: 2-02-2023, 15:49