mobil versiya

Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib


Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib.

Bu barədə TRT1 telekanalında canlı yayımda bildirilib. Məlumata görə, Qaziantep vilayətinin İslahiyə rayonunda dağıntılar altında 170 saat qalmış 40 yaşlı Sibel Kaya xilas edilib.
Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.


KARUSEL / DÜNYA
Tarix: 13-02-2023, 09:04