mobil versiya

Malatyadakı zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb



Türkiyənin Malatyada bölgəsində 5,6 bal gücündə baş verən zəlzələdə ölən və yaralananlar var.Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12.04-də Malatyanın Yeşilyurt bölgəsində qeydə alınıb.
AFAD sədri Yunus Sezər zəlzələdə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.
Yeşilyurt Bələdiyyə Başçısı Mehmet Çınar əşyalarını almaq üçün yuxarı qalxan ata və qızın 4 mərtəbəli binanın dağıntıları altında qaldığını açıqlayıb.
O bildirib ki, ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
AFAD rəhbərliyi qəzalı binalara girməmək barədə xəbərdarlıq edib.

KARUSEL / DÜNYA
Tarix: 27-02-2023, 14:31