İstehlaka yararsız qida məhsulları məhv edilib

AQTA-dan verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Star Farm” MMC-yə məxsus ümumi sayı 7930 ədəd və Hüseynov Rahid Ramiz oğluna məxsus ümumi sayı 4196 ədəd bioloji aktiv qida məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 22,94 ton müxtəlif növ qida məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-03-2023, 12:33