mobil versiya

ABŞ Prezidenti növbəti maliyyə ili üçün büdcə layihəsini təqdim edəcək



ABŞ Prezidenti Cozef Bayden Pensilvaniya ştatının Filadelfiya şəhərində çıxışı zamanı növbəti maliyyə ili üçün büdcə layihəsini təqdim edəcək.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, martın 9-da Prezident 2024-cü maliyyə ili üçün büdcəsini təqdim etmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərinə səfər edəcək. Bayden "Amerikaya sərmayə qoymaq, amerikalılar üçün qiymətləri aşağı salmağa davam etmək, rifah proqramlarını" gücləndirmək və dövlət büdcəsi kəsirini azaltmaq planları haqqında çıxış edəcək.
Bayden fevral ayında demişdi ki, onun təklifləri ölkənin büdcə kəsirini 2 trilyon dollar azaldacaq.
Hazırda Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq milli borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.

KARUSEL / DÜNYA
Tarix: 6-03-2023, 10:03