mobil versiya

Fransa XİN başçısı Azərbaycana gəlir


Aprelin əvvəlində Fransanın xarici işlər naziri Kаtrin Kolonna İrəvana və Bakıya səfər edəcək.
O, bu barədə martın 22-də ölkə parlamentində çıxışı zamanı bildirib.
"Turan"-ın məlumatına görə, o, səfərinin məqsədinin Laçın yolunun "açılışına" nail olmaq olduğunu vurğulayıb.
Kаtrin Kolonna növbəti dəfə saxtakarlıq edərək iddia edib ki, Qarabağda qalan azsaylı erməni əhalisi kifayət qədər ərzaq almır.  O, həyasızcasına Xankəndindəki ermənilərini Fransanın kömək etdiyi Qırmızı Xaç sayəsində yardım aldığını bildirib.
Daha sonra həddini aşaraq Azərbaycanın daxili işlərinə müdaxilə edən Fransanın xarici işlər naziri Qarabağda qalan ermənilərin  təchizatını təmin etmək üçün Laçın yolu ilə "sərbəst hərəkəti" bərpa etmək və təchizatı yaxşılaşdırmaq lazım olduğunu iddia edib.
Bu zaman Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu "unudan"  fransız nazir erməniləri razı salmaq üçün Bakıya gələrək Azərbaycanı Laçın yolunu "açmağa" razı salmağa çalışacağını deyib.
Ancaq diplomatik etiket qaydalarını pozan Kаtrin Kolonnanın Bakıda rədd cavabı alacağı indidən məlumdur. 
"AzPolitika.info"
KARUSEL / DÜNYA
Tarix: 23-03-2023, 18:22