mobil versiya

Tamilla Şahbazova vəfat etdi



Yeni Azərbaycan Partiyasının funksioneri Tamilla Şahbazova vəfat edib.

REPORTYOR.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, 73 yaşlı T. Şahbazova ötən gün dünyasını dəyişib.

O, partiyanın Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri olub.

Həmçinin T. Şahbazova Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini və baş həkimi vəzifəsində çalışıb.


KARUSEL / ÖLKƏ
Tarix: 26-10-2019, 13:40