İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə əməkdaşlığı daha da genişləndirəcək - Müdafiə naziri
İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə əməkdaşlığı daha da genişləndirəcək.
Bu barədə İsrailin müdafiə naziri Yoav Gallant tvitter hesabında qeyd edib.
"Ölkələrimiz arasında sıx əlaqələri müzakirə etmək üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək çox xoş oldu. Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi alqışladım", - deyə o əlavə edib.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
KARUSEL / SİYASƏT
Tarix: 29-03-2023, 16:03