mobil versiya

Şirvanda 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb


Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı 7 nəfər saxlanılıb.
Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram, Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 30-03-2023, 12:23