Bosniya və Herseqovina ilə iqtisadi əlaqələrin inkişafı müzakirə olunub
Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olunub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovina Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını vurğuladıq, Azərbaycanda xarici investisiyalar üçün yaradılmış əlverişli mühit və potensial əməkdaşlıq imkanları barədə müzakirə apardıq”, - deyə nazir qeyd edib.
KARUSEL / SİYASƏT
Tarix: 12-04-2023, 16:14