mobil versiya

Arda Turan Türkiyə klubunun baş məşqçisi təyin olunub



Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.
Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.
Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.

KARUSEL / İDMAN
Tarix: 14-04-2023, 15:06