mobil versiya

Azərbaycan XİN İsraili təbrik edib



Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsraili müstəqillik bayramı münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in tvitterdəki paylaşımında bildirilir.
Paylaşımda İsrail dövləti və xalqına müstəqilliyinin elan edilməsinin 75-ci ildönümü münasibətilə təbrik ünvanlanıb. “Azərbaycan - İsrail strateji tərəfdaşlığının dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında qeyd olunur.


KARUSEL / SİYASƏT
Tarix: 26-04-2023, 09:07