mobil versiya

Ceyhun Bayramov İsrail Prezidenti ilə görüşüb


İsrail Prezidenti İshak Hersoq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə İsrail Prezidenti Ofisinin tvitter hesabında qeyd edilib.
Bildirilib ki, İ.Hersoq İsraildə səfirliyin açılması və ilk səfirin təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Səfər çərçivəsində ötən gün İsraildə Azərbaycan səfirliyinin açılışı olub.
KARUSEL / SİYASƏT
Tarix: 30-03-2023, 14:45