mobil versiya

Bakıda Beynəlxalq Torpaqşünaslıq Konqresi keçiriləcək



İyunun 21-23-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamli torpaq idarəetməsi” mövzusunda Beynəlxalq elmi torpaq konqresi keçiriləcək.
Azərbaycanın ev sahibliyi edəcəyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçiriləcək konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək və müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir. Tədbirin təşkilat komitəsinin sədri, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, akademik Qərib Məmmədovdur. Konqresdə əsas diqqət tədqiqatlara, torpaqdan istifadə və idarə olunmasına dair ən son və texnoloji inkişaflara xüsusi maraq göstərilməklə, torpaqşünaslığa multidisiplinar yanaşmaya diqqət yetiriləcək.
Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası 2012-ci ildə Azərbaycan, Türkiyə, Rusiya və Qazaxıstanın torpaqşünas alimlərinin təşəbbüsü ilə yaradılıb. 2016-cı ildən Rumıniya, Qırğızıstan, Bosniya-Herseqovina və Serbiyanın Torpaqşünaslıq cəmiyyətləri də bu təşkilata qoşulub. Hər 3 ildən bir federasiyanın rəhbərliyi əməkdaşı olan ölkələrdən birinə həvalə edilir. Federasiyanın əsas məqsədi torpaqların dinamik hissəsi haqqında məlumatları bölüşmək, torpaq münbitliyinin formalaşması, torpaq ehtiyatları və onların səmərəli istifadəsi, aqroekoloji və ekoloji qiymətləndirilməsi, çirklənmə, eroziya və s. mövzular da torpaqşünas alimlər arasında körpü yaratmaq və yaranan problemlərin həll yollarının müəyyənləşdirilməsini təmin etməkdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-05-2023, 09:03