Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır
Nazirlikdə keçirilən kollegiya iclasında bu sahədə, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər istiqamətlərdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1,5 milyon vətəndaşa xidmət göstərildiyini qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, müasir əsasda təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST təcrübəsinin bu gün dünyanın qabaqcıl təcrübələrindən biri kimi qəbul olunaraq 9 beynəlxalq mükafatla təltif edildiyi, hazırda bir çox ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşada DOST xidmətləri infrastrukturu qurulacaq.
İclasda Nazirlik və qurumları tərəfindən bu ilin birinci rübündə 516 133 vətəndaşın qəbul edildiyi, onlardan 30 683-nün Nazirliyin Aparatının, qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, digərlərinin Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edildiyi diqqətə çatdırılıb. Həmin dövrdə yazılı və e-qaydada 108 704, habelə 142 Çağrı Mərkəzi vasitəsilə 438 718, sosial şəbəkələr üzərindən 35 068 vətəndaş müraciətinin cavablandırıldığı qeyd olunub.
İclasda bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, daxili nəzarət və audit, dövlət qulluğu, kadr məsələləri, digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazirlik tərəfindən göstərilən xidmətlərin hazırlanmış pasportlarına da baxılaraq Kollegiya tərəfindən təsdiqlənməsi, bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.
KARUSEL / CƏMİYYƏT

Tarix: 4-05-2023, 14:18