mobil versiya

“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş olunub



“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında nümayişə çıxarılıb.
QSC-dən Reportyor.az-a bildirilib ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar Birləşmiş Krallıqda təşkil edilən ənənəvi Vindzor Kral Atçılıq Şousu çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib. “AzerGold” QSC-nin qızıl və gümüş kolleksiyaları “Made in Azerbaijan” brendinin təşviqi, mədəniyyətimiz və incəsənətimizin təbliği məqsədilə təşkil edilən milli pavilyonu ziyarət edən Böyük Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu çərçivəsində təşkil edilən sərgi mayın 11-14-də keçirilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-05-2023, 11:55