mobil versiya

Hindistan və Avropa İttifaqı Kvant və Yüksək Performanslı Hesablama tədqiqat və inkişaf layihələrini həyata keçirəcək



Hindistan və Avropa İttifaqı iki tərəfdaşla birlikdə iqlim dəyişikliyi və təbii təhlükələri həll edə biləcək Kvant və Yüksək Performanslı Hesablama tədqiqat və inkişaf layihələrini həyata keçirmək qərarına gəliblər. 
Mayın 16-da Brüsseldə Aİ-Hindistan Ticarət və Texnologiya Şurasının (TTC) iclası keçirilib. Ticarət və Texnologiya Şurasının (TTC) ilk iclasından sonra verilən birgə bəyanatda deyilir ki, Hindistan və Aİ 2023-cü ilin sentyabrına qədər Anlaşma Memorandumu bağlamaq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədi ilə strateji yarımkeçirici sektoru ilə bağlı siyasətlərini əlaqələndirəcəklər. 
Aİ-nin bəyanatında deyilir ki, geostrateji çağırışlar Aİ və Hindistanın ümumi dəyərlərə əsaslanan təhlükəsizliyin, rifahın və davamlı inkişafın təmin edilməsində ümumi marağını gücləndirib. 
Açıqlamada deyilir ki, AB və Hindistan rəqəmsal bacarıqlar üzrə boşluqları aradan qaldırmaq və rəqəmsal istedadlar üzrə mübadiləni təşviq etmək üçün çalışacaqlar. Hər iki tərəfdaş 5G, telekommunikasiya və Əşyaların İnterneti standartlaşdırması ilə məşğul olacaq. Onlar müvafiq rəqəmsal ictimai infrastrukturlarının qarşılıqlı fəaliyyətini artıracaq və inkişaf etməkdə olan ölkələrin xeyrinə təhlükəsiz, məxfiliyi qoruyan həlləri təşviq edəcəklər. 
KARUSEL / DÜNYA
Tarix: 18-05-2023, 14:17