mobil versiya

ABŞ-nin Nyu-York şəhərində yerləşən "Türk evi"nə hücum edilib



ABŞ-nin Nyu-York şəhərində yerləşən "Türk evi"nə hücum olub.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hücum gecə saatlarında baş verib. Kimliyi məlum olmayan şəxs əlindəki lomla binanın ön şüşələrini qırıb.
Qeyd edək ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Baş Konsulluğunun yerləşdiyi binada həmçinin ABŞ-də yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkilərində səsvermə təşkil olunub.
Hadisə ilə bağlı Nyu-York polisi araşdırma başladıb.


KARUSEL / DÜNYA
Tarix: 22-05-2023, 18:01