mobil versiya

Kolleclərə qabiliyyət imtahanlarında iştirak üçün abituriyentlər 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər



Ümumi orta təhsil bazasında ümumi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanı vermək istəyən abituriyentlər bir istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, ümumi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlar aşağıdakı istiqamətlər üzrə keçiriləcək:
- Təsviri sənət
- Musiqi sənəti
- Teatr, kino və xoreoqrafiya sənəti
- Bədən tərbiyəsi və idman.
Hər bir istiqamətə daxil olan ixtisaslar DİM tərəfindən yaradılmış müvafiq yaradıcılıq qabiliyyətlərinin yoxlanılması komissiyaları üzrə bölünür.
Qeyd edək ki, qabiliyyət imtahanları DİM-in elan etdiyi tarixlərdə yaradıcılıq qabiliyyətlərinin yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Komissiyalar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, İsmayıllı, Tovuz, Xaçmaz və Şərurda fəaliyyət göstərir. Komissiyaların tərkibinə ali təhsil və orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının, idman federasiyalarının üzvləri, Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin müvafiq strukturlarının nümayəndələri və DİM-in əməkdaşları daxil edilir. Abituriyentlərin yerinə yetirdikləri tapşırıqları qiymətləndirmək üçün təşkil edilən yaradıcılıq qabiliyyətlərinin yoxlanılması komissiyalarının tərkibi cari ildən etibarən Qabiliyyət İnformasiya Sistemi vasitəsilə müəyyən ediləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-06-2023, 12:37