mobil versiya

Azərbaycan startapları Vışeqrad investorlarının diqqətini çəkmək üçün yarışır



Bu gün Bakıda Polşanın təşəbbüsü ilə 2022-ci ilin əvvəlindən Azərbaycanda həyata keçirilən çoxtərəfli V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramının Böyük Final tədbiri keçirilib. Layihə Çexiya, Macarıstan, Polşa, Slovakiya ("V4" adlanır) və Azərbaycan tərəfdaşlarından ibarət güclü, ilk belə konsorsium qurdu. Layihə Beynəlxalq Vışeqrad Fondu tərəfindən maliyyələşdirilir və bütün V4 ölkələrinin Səfirlikləri tərəfindən dəstəklənir.
V4ATB proqramı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev tədbirin açılışı zamanı vurğulayıb ki, memorandumun imzalanmasından cəmi yarım il sonra KOBİA və Startup Hub Poland arasında əməkdaşlıq çərçivəsində  Bakıda yenidən görüşə və Azərbaycanla əlaqələri və tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olan Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan tərəfdaşları qəbul ediblər. 

Açılış mərasimində V4-ün Azərbaycandakı Səfirliklərinin -Macarıstan Səfiri Tamás Torma, Polşa Səfiri Rafal Poborski, Slovakiya Səfiri Milan Lajčiak və Çexiya Səfirinin Müavini Martin Lubojacky iştirak edib. Bütün proqramın təşəbbüskarı olan Polşanın ölkəmizdəki səfiri Rafal Poborski deyib ki, startaplara investisiyaların sayına görə Avropa liderlərindən biri olan Polşa, əməkdaşlığın dinamikləşdirilməsinə yönəlmiş oxşar layihələrin həyata keçirilməsini davam etdirməkdə Azərbaycanlı tərəfdaşları ilə maraqlıdır. Slovakiya Səfiri Milan Lajciak “Xoşbəxtəm ki, polşalı həmkarların təşəbbüsü ilə həyata keçirilən “Tech Bridge” layihəsi Slovakiyanın V4-də sədrliyi dövründə uğurla həyata keçirdi. Bu, gənc istedadların potensialından istifadə etmək və V4 ilə Azərbaycan tərəfdaşları arasında yeni əməkdaşlıq imkanlarının açılmasında faydalıdır” deyib. 
bu günkü Demo Day'in Polşanın Bakıdakı Səfirliyinin təşəbbüsü ilə 2022-ci ildə Startup Hub Poland Foundation tərəfindən həyata keçirilən V4ATB layihəsinin yekun mərhələsidir. “SHP üçün Azərbaycanın bütün texnoloji və innovativ potensialını daha dərindən araşdırmaq intuitiv addım idi. Son 11 il ərzində təşkilatımız regionumuzu qlobal investorların gözündə daha cəlbedici etmək üçün 16 Mərkəzi-Şərqi Avropa ölkələrindən və Vışeqrad Qrupunun dörd AB-nə üzv-dövlətindən olan təsisçilərə və investorlara dəstək verir” – Startup Hub Poland şirkətinin baş-direktoru Paulina Brym-Ciuba vurğulayıb. “Demo Day hər biri 20 müxtəlif startap iştirakçısına həsr olunmuş 8 regional bölmənin nəticəsidir. Belə güclü ekosistemdən 10-nu qısa siyahıya salmaq asan məsələ deyildi” – Brym-Ciuba əlavə edib.
Proqramın beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilmiş 160-dan çox müraciət arasından seçilən 10 yüksək səviyyəli Azərbaycan startapı Bakıya gəlmiş Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan investorlar, VC fondları, akseleratorlar, biznes mələklər, bankirlər, mentorlar və ekspertlərdən ibarət auditoriyaya təqdim olunub. Proqramın finalçıları və bütün məruzəçilərin və tədbirin qonaqlarının siyahısı proqramın saytında yerləşdirilib.

Bakı tədbiri həmçinin sürətli tanışlıqdan ibarət idi - Azərbaycan startapları və icma liderləri və V4 mələkləri, VC-lər və əsas korporativ oyunçular arasında birbaşa B2B danışıqları.
Tədbirin sonunda layihənin beynəlxalq münsiflər heyəti bütün proqramın qalibini seçdi (Demo Day səhnəsində yarışan 10 ən yaxşı Azərbaycan startapı arasından, lakin ümumilikdə - bütün proqram üzrə yoxlanılan 160-dan çox startap arasından). Qalib startap Mur Mur Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən maliyyələşdirilən xüsusi mükafat - 2023-cü ilin noyabrında Varşavada keçiriləcək nüfuzlu Deep Tech CEE Challenge tədbirinə səyahət əldə etdi.

V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramı 2022-ci ildə Vışeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) ilə Azərbaycan arasında innovasiya mərkəzləri, özəl investorlar kimi startap ekosistem oyunçularını birləşdirərək innovasiyalar sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi üçün istifadəyə verilib, Azərbaycan startap və innovatorlarının potensialı ilə Aİ-dan vençur kapitalı fondları və innovasiya axtaran korporasiyalar üçün. Proqram bir tərəfdən Vışeqrad Qrupundan olan tərəfdaşlar (investorlar, akseleratorlar, mələklər, mentorlar və s.), digər tərəfdən isə Azərbaycandan olan startaplar və innovatorlar arasında yeni şəbəkə platforması yaratdı. Layihə bir sıra görüşlər, təlimlər, mükəmməllik proqramı, demodeylər, şəbəkələşmə, post-akselerasiya və nəhayət - 2 iyun 2023-cü ildə Bakıda keçirilən Böyük Finaldan ibarət idi.





KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-06-2023, 16:11