mobil versiya

ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur - Dövlət Departamenti


ABŞ Azərbaycan-Ermənistan danışıqlarının müxtəlif platformalarda keçirilməsindən məmnundur.
Bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
"Bu ayın sonunda Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə gözləyirik, belə ki, tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcəyə nail olmağa davam edirlər. Birbaşa dialoq problemlərin həllinin və davamlı sülhün əldə edilməsinin açarıdır. ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda keçirilməsindən, o cümlədən liderlərin son görüşlərindən məmnundur", - o deyib.

KARUSEL / SİYASƏT
Tarix: 6-06-2023, 09:50