mobil versiya

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib



İyunun 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2102024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,794.9909 (8.97%) manat və 9,830.7151 (7.38%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,620,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,828.2352 (7.49%) manat, orta ölçülmüş qiyməti isə 9,828.6200 (7.47%) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 06.09.2023-cü ildir.
Bu gün, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının AZ2101024704 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,938.1625 (8%) manat və 9,952.3944 (6.15%) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,850,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,952.0862 (6.19%) manat, orta ölçülmüş qiyməti isə 9,952.0913 (6.19%) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 12.07.2023-cü ildir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-06-2023, 18:24