mobil versiya

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 20:00-a olan məlumatına əsasən, Gəncə, Ağstafa, İsmayıllı, Ağsu, Goranboy, Tərtər, Şamaxı, Yevlax, Mingəçevir, Bərdə, Tovuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
İyunun 30-da yağan leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, saat 19:10 radələrində isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan qısamüddətli sel keçib.
Saat 15:31 radələrində İsmayıllı rayonunda diametri 3 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Tovuzda 30 m/s, Naftalan, Goranboy, Gəncədə 24 m/s, Şəmkir, Yevlax, Ağstafada 20 m/s, Şəmkir, Ceyrançöldə 18 m/s-dək güclənib.
KARUSEL / ÖLKƏ
Tarix: 30-06-2023, 21:32