mobil versiya

Qarasuçayın Zərdab məntəqəsində suyun səviyyəsi 128 santimetr artıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 19, Ceyrançöldə 15, Lerik, Şəkidə 12, Qusar, Gədəbəy 8, Balakən, Şahbuz, Göygöldə 6, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 millimetrədək olub.
Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib, Zəyəmçayın Ağbaşlar və Bərgüşadın Əliquluuşağı məntəqələrində suyun səviyyəsində 5, Gəncəçayın Zurnabad məntəqəsində 6, Katexçayın Qəbizdərə məntəqəsində 14, Əyriçayın Ağyazı məntəqəsində 102, Qarasuçayın Zərdab məntəqəsində 128 santimetr artım qeydə alınıb.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Qrız, Balakən, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək.

KARUSEL / ÖLKƏ
Tarix: 8-06-2023, 13:34