mobil versiya

İran Şanxay Əməkdaşlıq Təşkilatına daxil olub



Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) iyulun 4-də İranın dövlətlərarası birliyə daxil olduğunu rəsmən elan edib.
Bu barədə qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü virtual sammitində qəbul olunub.
Beləliklə, İran ŞƏT-in doqquzuncu üzvü olub. Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Səmərqənd şəhərində keçirilən sammitində Tehranın birliyə üzvlüyü üçün öhdəliklərinə dair memorandum imzalanmışdı.
2001-ci il iyunun 15-də əsası qoyulan ŞƏT-ə əvvəlcə altı dövlət – Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiya daxil idi. 2017-ci ilə Hindistan və Pakistan da təşkilata üzv qəbul edilib. Hazırda isə Belarusun üzvlük prosesinə start verilib.
 


KARUSEL / DÜNYA
Tarix: 4-07-2023, 16:03