İstanbulda qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə
İyulun 22-31-də Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda bu şəhərdə qeyri-qanuni yaşayan vətəndaşlarla görüş keçiriləcək.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.
Görüş zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeyd şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Görüşlər şənbə və bazar günləri saat 10.00-18.00, iş günləri 16.00-19.00-da keçiriləcək.
Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə);
2. Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə);
3. Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün);
4. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə).
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Doğum haqqında şəhadətnamənin surəti;
2. Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti.
Qeyd: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Etibarlı ümumvətəndaş pasportunun surəti;
2. Subaylıq haqqında arayış;
3. Nikahın bağlanması haqqında tərəflərin ərizəsi;
4. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum olduğu təqdirdə);
5. Tibbi müayinədən keçdiyini təsdiq edən arayış.
Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
1. Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi;
2. Valideynlərin ərizəsi;
3. Valideynlərin etibarlı pasportlarının surəti.
Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Valideynlərin ərizəsi;
2. Valideynlərin pasportlarının surəti;
3. Doğum haqqında şəhadətnamələrin surəti.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-07-2023, 15:13