mobil versiya

Çin ABŞ-ın Dalay Lama ilə görüşünə etiraz edib



ABŞ-ın Tibet məsələləri üzrə xüsusi koordinatoru, eyni zamanda ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müşaviri olan Uzra Zeya Tibetin sürgündə olan ruhani lideri Dalay Lama ilə görüşüb.
"Amerikanın Səsi"
xəbər verir ki, iclasda iştirak edən Dalay Lamanın Vaşinqtondakı nümayəndəsi Namgyal Çoedup, "Urza Zeya ABŞ administrasiyasının Tibet məsələlərinə davamlı diqqət və dəstəyini bir daha təkrarladı" deyib.
Çinin Yeni Dehlidəki səfirliyi “Twitter” hesabında yazıb ki, Çin xarici rəsmilərlə “Tibet müstəqilliyi” qüvvələri arasında istənilən formada əlaqəyə qəti şəkildə qarşıdır. 14-cü Dalay Lama heç bir halda sadəcə bir din xadimi deyil, əksinə, uzun müddətdir Çin əleyhinə separatçı fəaliyyətlərlə məşğul olan və Xizang (Tibet) Çindən parçalanmağa cəhd edən siyasi mühacirdir. … Qondarma “Mühacirətdəki Tibet hökuməti” Çin Konstitusiyasını və qanunlarını tamamilə pozan, xaricdən çıxmış separatçı siyasi qrup və qeyri-qanuni təşkilatdır. Bu, dünyanın heç bir ölkəsi tərəfindən tanınmır”.
Görüşdə Mərkəzi Tibet Administrasiyasının rəhbəri Penpa Tsering də iştirak edib. Sürgündəki hökumət Hindistan, Nepal, Kanada və ABŞ da daxil olmaqla, təxminən 30 ölkədə yaşayan 100.000-ə yaxın tibetlini təmsil edir.
KARUSEL / DÜNYA
Tarix: 13-07-2023, 11:43