mobil versiya

Mircəfər Seyidovun “Peyğəmbər” romanı Türkiyə türkcəsinə tərcümə edilib


Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mircəfər Seyidovun “Peyğəmbər” romanı tərcüməçi Mustafa Üğünç tərəfindən Türkiyə türkcəsinə tərcümə edilib və qardaş ölkənin “Çıra Yayınları” nəşriyyatında çapdan çıxıb.
Məhəmməd peyğəmbərin həyatı və peyğəmbərlik dövrünü bədii formada əks etdirən kitab ilk dəfə 2008-ci ildə “Sabah” nəşriyyatında nəşr edilib.
Mircəfər Seyidov 1952-ci ildə anadan olub. Uzun müddət mətbuat və nəşriyyat sahəsində işləmiş, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçi kimi çalışıb. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. O, “Göylərə çəkilmiş ümid” (şer və hekayələr,1993), “Bərdə şəhidləri” (oçerk və esselər,1996), “Ələviyyə ana” (sənədli hekayə,1999), “Kişi var eldən gedər” (2000), “Kərbəla” (2001), “Cəbhə hekayələri” (2001), “Bərdə şəhidləri” ( 2005), “Peyğəmbər” və digər kitablarının müəllifidir.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-07-2023, 15:11