Düşmənin məqsədi bizi işğalla barışdırmaq olub - Ceyhun Bayramov
Ağdam Qarabağın bir çox yerləri kimi ən çox dağıntılara məruz qalmış şəhərdir.
Bunu Xarici işlər naziri Ceyhun Bayramov "Ağdamın dirçəlişi" adlı tədbirdə çıxışı zamanı deyib.
"30 ilə yaxın işğal altında qalan zaman bizim mədəni, tarixi, dini abidələrimiz dağıdılıb, yerlə-yeksan edilib. Təbii sərvətlərimiz, dövlət və mülkiyyət dağıdılıb və talan edilib. 27 illik işğala baxmayaraq dağıntılara nəzər salarkən, işlərin miqyasını görəndə aydın olur ki, bu Ermənistan tərəfindən aparılan məqsədyönlü siyasət olub. Düşmənin məqsədi tarixi köklərimizi bizə unutdurmaq və işğalla barışdırmaq olub. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan Cənab Prezident İlham Əliyev rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Torpaqlarımızı azad edərək bütün dünyaya dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın birliyini nümayiş etdirdik. Bu gün azad edilən ərazilərdə atılan hər addım, aparılan hər bir inşa, keçirilən hər yerli və beynəlxalq tədbir böyük qürur və iftixar mənbəyidir", - deyə XİN başçısı qeyd edib. (Trend)
KARUSEL / SİYASƏT
Tarix: 13-07-2023, 15:31