mobil versiya

Kişi cüdoçular arasında ACF turunun ikinci turniri keçiriləcək



İyulun 19-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun ikinci turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.

KARUSEL / İDMAN
Tarix: 18-07-2023, 10:57