mobil versiya

Fransa iğtişaşlarında iştirak edən mindən çox insana həbs cəzası verilib



Fransada iyunun sonlarında və iyulun əvvəlində baş vermiş iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib.
Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bu barədə RTL radiostansiyasının efirində deyib. Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.
Nazir, həmçinin övladları iğtişaşlarda iştirak edən valideynlərin də məhkəmə proseslərinin yaxın günlərdə başlayacağını qeyd edib. “Valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur. Cinayət məcəlləsində onları buna görə cəzalandırmaq imkanı verən maddə var”, - deyə fransalı nazir bildirib.

KARUSEL / DÜNYA
Tarix: 19-07-2023, 13:32