mobil versiya

Fransadakı səfirliyimizə hücum edən erməniyə 6 ay həbs cəzası verilib



Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs qərarı verilib.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib.
“Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs və dəymiş ziyanın ödənilməsinə məhkum edilib.
Ədalətin bərqərar olmasına sevinir, təcavüzü pisləyirik”, – deyə qeyd olunub.
Xatırladaq ki, ötən ilin sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Vandallar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.
KARUSEL / SİYASƏT
Tarix: 23-06-2023, 21:36