mobil versiya

Bu gündən yeni tariflər qüvvəyə minir


Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.
Bununla bağlı baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.
Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-07-2023, 11:17