37 nəfər xaricdə doktorantura təhsili alacaq

Elm və Təhsil Nazirliyindən bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.
Təqaüd qazanan gənclər sırasında 2 nəfər Strasburq Universiteti, 1 nəfər Kembric Universiteti, 2 nəfər Monpelye Universiteti, 1 nəfər Liverpul Universiteti, 1 nəfər Vaterloo Universiteti, 1 nəfər isə Georgia Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub.
Qeyd edək ki, 2023-cü il ərzində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-07-2023, 17:51