Macarıstanda təhsil almaq hüququ qazanan tələblər müəyyənləşib
Macarıstanda təhsil almaq hüququ qazanan tələbələr müəyyənləşib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 143 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Bu, Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna uyğun olaraq reallaşıb.
Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən memorandum çərçivəsində 143 nəfərdən 11-i doktorantura, 111 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən tələbələr əsasən Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Korvinus Universiteti, Eötvöş Lorand Universiteti, Obuda Universiteti və digər ali təhsil müəssisələrində təhsil imkanı əldə ediblər.
KARUSEL / CƏMİYYƏT

Tarix: 6-07-2023, 11:06