mobil versiya

"Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriətə və qayda-qanunlara uyğun şəkildə keçirilir" - QMİ sədri



Aşura günündə insanlar bədənlərinə xəsarət yetirərək özlərinə əziyyət verməməlidir. Onun əvəzinə, biz qan verərək xəstə uşaqlara, insanlara kömək ola bilərik. Azərbaycanda atılan bu cür addımlar bütün dünyada təqdir olunur. Qonşu ölkələrdə bunun düzgün yol olduğunu görüb qanvermə aksiyalarına başlayırlar.
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir. Ölkəmiz illərlə öz adət-ənənəsinə uyğun olaraq Kərbəla şəhidlərini yad edir. Bununla bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyuruq”, - deyə o əlavə edib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 28-07-2023, 12:57