Lui Bono Cənubi Qafqaza səfər edəcək
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.
Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
"Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini ifadə etmək, davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək”, - səfirlikdən bildirilib.
L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüşlər keçirib.(trend)
KARUSEL / SİYASƏT
Tarix: 1-08-2023, 14:11