On bir heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 9-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Masallı və İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa olunmuş qurğu sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilib və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə linkdə tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-08-2023, 16:20