mobil versiya

Ötən sutka ərzində 82 halda yanğına çıxış olub



Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində bir nəfəri xilas edib, yanğın zamanı üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

KARUSEL / HADİSƏ
Tarix: 11-08-2023, 11:06