3 yaşlı uşaq qeyri-insani rəftara məruz qaldı - DİN hərəkətə keçdi
Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
O qeyd edib ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub:
"Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib.
İlkin müayinə zamanı azyaşlının fiziki və psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib".(trend)
KARUSEL / CƏMİYYƏT

Tarix: 11-08-2023, 11:56