mobil versiya

Azad edilmiş ərazilərdə daha 185 piyada əleyhinə mina aşkarlanıb



Avqustun 7-dən 12-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 392,12 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 185 piyada əleyhinə, 65 tank əleyhinə mina və 35 partlamamış hərbi sursat aşkarlanıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-08-2023, 17:38