mobil versiya

Müharibənin tez bitməsi üçün 3 şərt - Ukrayna Prezident Ofisi açıqladı



Ukraynada davam edən müharibənin tezliklə və işğala məruz qalan ölkənin qələbəsilə başa çatması üçün bir neçə şərt yerinə yetirilməlidir.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak müharibənin mümkün qədər tez bitməsi üçün azı 3 şərtin yerinə yetirilməli olduğunu açıqlayıb.
Podolyak öz “telegram” kanalında həmin şərtləri bu cür sadalayıb:
-Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq;
-Ukraynaya optimal həcmdə silah, o cümlədən raket hücumlarından müdafiə sistemləri vermək;
-Qərblə Rusiya rəhbərliyi arasında bütün əlaqələri, danışıqları dayandırmaq.
Podolyak qeyd edib ki, yalnız bu şərtlərin yerinə yetirilməsi müharibənin sonunu yaxınlaşdıra bilər.
Onun dediyinə görə, rəsmi Kiyev Qərbin Rusiya rəhbərliyi ilə əlaqələrinin qəti əleyhinədir. Çünki bu münasibətlər Moskvanın diplomatik manevrlər etməsinə imkan yaratmaqla yanaşı, neytral ölkələrin də Kremldən üz çevirməsinə imkan vermir.
KARUSEL / DÜNYA
Tarix: 16-08-2023, 17:05