mobil versiya

At poloçularımız Avropa Çempionatında gümüş medal qazanıb



Almaniyanın Düsseldorf şəhərində At polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.
Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq, Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq, çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.

KARUSEL / İDMAN
Tarix: 11-09-2023, 10:09