mobil versiya

Putin növbəti "G20" sammitinə dəvət ediləcək



Rusiya prezidenti Vladimir Putin gələnilki "G20" ("Böyük İyirmilər") sammitinə dəvət olunacaq.
Bunu növbəti "G20" sammitinə ev sahibliyi edəcək Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.
Geosiyasi məsələlərin "G20" sammitlərinə təsir göstərməsinə imkan verilməməli olduğunu bildirən Lula da Silva Putini gələn il Rio-de-Janeyroda keçiriləcək "G20" sammitinə dəvət edəcəklərini bildirib və Rusiya liderinin həbs olunmayacağına təminat verib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bu səbəbdən Rusiya lideri builki "G20" sammitində iştirak etməyib. Sammitdə onu baş nazir Sergey Lavrov təmsil edib.

KARUSEL / DÜNYA
Tarix: 11-09-2023, 13:45