Ququş səhnədən gedib
İran estradasının ulduzu, məşhur aktrisa, müğənni Ququş böyük səhnədən getdiyini açıqlayıb.
“RadioFərda” xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
İnformasiyaya əsasən, İran “pop musiqi”sinin “Şahmahı” (“ŞahBalığı”) adlanan Ququş deyib ki, bu, onun üçün çox çətin qərardır: “Məndən asılı olsa idi, əlvida deməzdim”.
O, İranda yaşadığı 21 il ərzində susqunluğunun yerini son 23 ildə doldurmaq üçün daim səhnədə olub.
Məlumata görə, müğənni ötən il İranda keçirilən etiraz aksiyalarını dəstəkləyib.
Faiqə Atəşin (Ququş) 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. O, 1945–1946-cı illərdə mövcud olmuş, Baş nazir Seyid Cəfər Pişəvəri rəhbərlik etdiyi Milli Hökumətin fədai ordusunun polkovniki, əslən Gəncə şəhərindən olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri Bakıdan Tehrana köçüblər.
Azərbaycanda Rəşid Behbudovun ifasında tanınan “Ayrılıq” (musiqisi Əli Səlimi, sözləri Rəcəb İbrahimi) mahnısının ilk ifaçısı da Ququş olub.
O, Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Ququş İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. 1979-cu il inqilabından sonra onun fəaliyyətinə qadağa qoyulub. 2000-ci ildə Şimali Amerikaya köçüb. İki ildən sonra onun oxuduğu "Qərib-e aşena"nı Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.
Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam".(report)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-09-2023, 17:31