Ermənilər əsir və girov götürlən azərbaycanlıları ağır işgəncələrə məruz qoyub

Bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ermənilər Azərbaycan Respublikasının silahlı qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına, girov götürülən şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edilib, ağır işgəncələrə məruz qoyulub.
"Həmçinin, 3890 nəfərin taleyi barədə bugünədək heç bir məlumat verilməyib", - deyə X.Vəliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
KARUSEL / SİYASƏT
Tarix: 18-09-2023, 14:21