mobil versiya

Bu ölkədə hicab qaydasının pozulmasına görə sanksiya qanunu qəbul edilib



İran parlamenti ictimai yerlərdə məcburi hicab qaydasının pozulmasına görə cərimələr, bank xidmətlərinin bloklanması və məhkəmə tədbirlərini nəzərdə tutan qanunun üç il sınaq müddəti üçün icrasını təsdiqləyib.
İran mediası xəbər verir ki, hökumət tərəfindən hazırlanan və prezident İbrahim Rəisinin imzası ilə parlamentə göndərilən qanun layihəsinin lehinə 201 deputatdan 152-si, əleyhinə isə 34-ü səs verib, 7 deputat bitərəf qalıb.
Ötən il İranda Mahsa Emininin ölümü ilə bağlı nümayişlərdən sonra geniş vüsət almış məcburi hicab qaydaları pozuntularına qarşı hazırlanan qanun layihəsinə əsasən, hicab qaydasını pozan qadınlara ilk mərhələdə sms və digər oxşar üsullarla xəbərdarlıq ediləcək.
Xəbərdarlığa məhəl qoymayan və hicab qaydasını yenidən pozanlar cərimələnəcək. Növbəti qayda pozuntusu halında isə cərimədən əlavə, məhkəmə orqanı həmin qadına qarşı iddia qaldıracaq və lazım bilərsə, onu həbs edəcək.

KARUSEL / DÜNYA
Tarix: 20-09-2023, 14:11