mobil versiya

İranda Azərbaycan əsilli keçmiş futbolçu barəsində ölüm hökmü çıxarılıb



İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.
Veteran hücumçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edəm olunacağı iddia edilib.
O, oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə göndərilib.
Almaniya "Bavariya"sı isə rəsmi saytı vasitəsilə açıqlama yararaq, keçmiş futbolçuları Əli Daei və Əli Kəriminin taleyindən narahatlığını ifadə edib: "Onların və ailələrinin yaxşı vəziyyətdə olduqlarını eşitməyə ehtiyacımız var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxlayıb dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Məsələni diqqətdə saxlayacağıq".
Qeyd edək ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.

İDMAN
Tarix: 11-11-2022, 11:22