mobil versiya

SON DƏQİQƏ! Azərbaycanda məşhur idmançı qəfil vəfat etdi




Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

REPORTYOR.AZ  xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov Bakının 71 yaşında koronavirusdan vəfat edib.

Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq.

O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib.

Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 11-04-2021, 11:00