mobil versiya

Səkkiz ayda 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb



Bu ilin yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.

KARUSEL / SOSİAL
Tarix: 21-09-2023, 12:00